Bölgə klubunda əməliyyat xəbəri var - FOTOLAR

17 Noyabr 2024 18:35 Kəpəz 3 002
Bölgə klubunda əməliyyat xəbəri var - FOTOLAR

“Sabah”la oyundan sonra 3 günlük istirahətə buraxılan “Kəpəz”də dincəlmək müddəti başa çatıb.

Noyabrın 13-də Gəncə şəhər stadionunda bir araya gələn komanda üzvləri məşqlərini gündə iki dəfə olmaqla davam etdirir.

Komandanın üç aparıcı üzvü kollektiv çalışmalardan kənarda qalıb.

Bunlar Luis Paçu, Pana və İlkin Qırtımovdur.

Legionerlər ağrılar hiss etdikləri üçün reablitasiya kursu keçir. Noyabrın 17-dən komanda ilə birlikdə olacaqlar.

Qırtımovun durumu ağırdır. Köhnə zədəsini təzələyən təcrübəli müdafiəçidə 3-cü dərəcəli menisk zədəsi aşkarlanıb. Odur ki, yaxın günlərdə Bakıda əməliyyat masasına uzanacaq.

Əməliyyatdan 10 gün sonra məşqləri bərpa etməsi mümkün olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu