"Qarabağ" Kiprdən sərfəli nəticə ilə vətənə qayıdır

5 Avqust 2021 23:13 Avropa Liqası 1 112
"Qarabağ" Kiprdən sərfəli nəticə ilə vətənə qayıdır

“Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının III təsnifat mərhələsində ilk matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Kiprdə AEL-in qonağı olub. Larnakadakı “AEK Arena”da baş tutan qarşılaşmada 2 qol qeydə alınıb. Cari mövsüm avrokuboklarda qol buraxmayan “Qarabağ” quru seriyasını davam etdirə bilməyib.

68-ci dəqiqədə ev sahibləri penaltidən hesabı açıblar. Lakin Azərbaycan klubu məğlubiyyətdən qaça bilib. Abdullah Zubir 90+3-cü dəqiqədə status-kvonu bərpa edib – 1:1.

Qoldan sonra kiprli azarkeşlərin təxribatçı şüarları və qeyri-etik davranışları səbəbindən hakim matçı dayandırıb. Görüş bir neçə dəqiqə sonra davam edib və 1:1 hesabı ilə yekunlaşıb.

Bu komandalar arasında cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək. Cütün qalibi pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

5 avqust
AEL (Kipr) - “Qarabağ” (Azərbaycan) - 1:1
Qollar:
Stefan Skepoviç, 68 (pen.) - Abdullah Zubir, 90+3
Baş hakim: Qlenn Niberq (İsveç)
AEL: 1. Vozinya (k), 4. Andre Teyşeyra, 44. Kire Ristevski, 27. Robert Mazan, 13. Bruno Santos, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 20. Sito Riera, 12. Stefan Skepoviç, 16. Manuel Torres, 17. Euller
Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 99. Elber Evora, 5. Tiyn Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stilianos Panteli, 23. Vasilios Papafotis, 24. Dimitris Avraam, 28. Kostas Soteriu, 50. Andriya Maydevaç, 73. Brayan Pele, 77. Matko Babiç
Baş məşqçi: Duşan Kerkez
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
Larnaka. “AEK Arena”

Digər Xəbərlər
Xəbər Lenti