Kavani Avropa Liqasında həftənin futbolçusu seçildi

8 May 2021 00:00 Avropa Liqası 724
Kavani Avropa Liqasında həftənin futbolçusu seçildi

Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu ada "Mançester Yunayted"in hücumçusu Edinson Kavani layiq görülüb.

34 yaşlı uruqvaylı forvard İtaliyada "Roma"ya 2:3 hesabı ilə uduzduqları oyunda dubl edib.

Evdəki ilk oyunda 6:2 hesabı ilə qələbə qazanan "qırmızı şeytanlar" səfərdəki məğlubiyyətə baxmayaraq, finala yüksəliblər.

Mançester təmsilçisinin mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək həlledici matçdakı rəqibi İspaniya "Vilyarreal"ı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi