Gənc qılıncoynadanlarımız dünya birinciliyinə yollanacaq

27 Mart 2017 08:12 Atıcılıq 990
Gənc qılıncoynadanlarımız dünya birinciliyinə yollanacaq

1-10 apreldə Bolqarıstanın Plovdiv şəhərində gənc qılıncoynadanların dünya birinciliyi keçiriləcək. Şpaqaçıların mübarizəsində Xali Əliyev, Barat Quliyev, Cavab Cahangirov mübarizə aparacaqlar. Hakimlər briqadasında bizdən Fikrət Vəliyev yer alacaq.

AQF-in birinci vitse-prezidenti Yaşar Məmmədovun allsport.az-a verdiyi xəbərə görə, bu yarışda ölkəmizi məşqçilər Elxan Əhmədov və Sudef Quliyevin rəhbərliyi ilə sablyaçı oğlanlarda Cavanşir Səfərov, Xalid Əsədov, Elvin Rzazadə, Cavanşir Ağakişi, qızlarda Aysel Əhədova, Fatma İbrahimova, Nərminə Cəfərova təmsil edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM