Azərbaycan yığmasının üzvü Hindistanda bürünc qazandı - FOTO

28 Fevral 2017 13:48 Atıcılıq 668
Azərbaycan yığmasının üzvü Hindistanda bürünc qazandı - FOTO

Hindistanın paytaxtı Dehlidə güllə atıcılığı üzrə dünya kuboku yarışları keçirilir. Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi yarışa uğurla başlayıb.

Turnirdə ölkəmizə təmsil edən Ruslan Lunyov 25 metr məsafəyə atəşaçma yarışlarında bürünc medal qazanıb. İdmançımız təsnifat mərhələsində 579, finalda isə 23 xal toplayaraq üçüncü olub.

Martın 2-də yekun vurulacaq turnirdə R.Lunyov 10 metr məsafəyə atəşaçma yarışlarında da gücünü sınayacaq.

Digər Xəbərlər
Xəbər Lenti