Ələtdə sualtı ovçuluq üzrə açıq Azərbaycan çempionatı

29 Avqust 2018 00:40 Atıcılıq 1 031
Ələtdə sualtı ovçuluq üzrə açıq Azərbaycan çempionatı

1-2 sentyabrda paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində sualtı ovçuluq üzrə açıq ölkə çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının və Bakı Sualtı Ovçular Klubunun dəstəyi ilə təşkil olunacaq çempionatda 30-dək idmançı mübarizə aparacaq.

İkigünlük yarışlar çərçivəsində dayvinq və digər bu tip növlərinin inkişafı ilə bağlı mühazirələr də dinləniləcək.

Bundan başqa, çempionatda azyaşlı iştirakçılar və azarkeşlər üçün müxtəlif müsabiqə və viktorinalar təşkil ediləcək. Tamaşaçılar üçün əyləncəli proqramlar da tərtib olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti