Bakıda oxatan qızlar - FOTO

14 İyun 2018 08:36 Atıcılıq 1 434
Bakıda oxatan qızlar - FOTO

Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) təşkilatçılığı ilə Bakıda oxatma üzrə ölkə çempionatı keçirilib.

Sportinfo.az xəbər verir ki, Hövsan Olimpiya Kompleksində təşkil olunan birincilikdə 3 yaş kateqoriyası üzrə qızlar və oğlan idmançılar yarışıb.

Açıq havada keçirilən və iki gün davam edən çempionat gərgin və maraqlı mübarizə ilə müşaiyət olunub.

Böyüklər arasnda kişilərdə Cahan Musayev, qadınlarda Yaylagül Ramazanova ölkə çempionu adını qazanıblar. Yeniyetmə yaş kateqoriyasında oğlanların birincisi Sahib Abilov, qızlarda isə Nəzrin Zamanova olub.

Uşaqlar arasında Əli Süleymanov və Aytən Hüseynzadə qalib olublar. Çempionlara, həmçinin 2-ci və 3-cü yeri tutmuş oxatanlara dimplomlar və “AS Qrup İnvestment” şirkətlər qrupu tərəfindən pul mükafatları təqdim olunub.

Kamandan Oxatma idmanı Olimpiya İdman növləri sırasına daxildir. “AS Qrup İnvestment” ARKOF-un rəsmi sponsorudu.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı