Sebastyan Fettel "Formula 1"də Kanada Qran Prisinin qalibidı

11 İyun 2018 19:24 Atıcılıq 1 024
Sebastyan Fettel "Formula 1"də Kanada Qran Prisinin qalibidı

"Formula 1" üzrə Kanada Qran Prisinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, qalib adını "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel qazanıb.

O, finişə 1 saat 28 dəqiqə 31,377 saniyəyə çatıb. İkinci yeri ondan 7,376 saniyə geri qalan "Mercedes"in finlandiyalı pilotu Valtteri Bottas tutub.

Üçüncü pillə isə "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappenə qismət olub. Ferstappen 1 saat 28 dəqiqə 39,737 saniyə nəticə göstərib. Ümumilikdə 20 iştirakçıdan 17-si finişə çata bilib.

7 mərhələdən sonra Fettel 121 xalla 1-ci, "Mercedes"in böyük britaniyalı pilotu Lüis Hemilton 120 xalla ikinci, Bottas isə 86 xalla 3-cüdür.

Avtomobillərin mübarizəsində ilk 3 yerdə "Mercedes" (206 xal), "Ferrari" (189 xal) və "Red Bull" (134 xal) qərarlaşıb. Növbəti Qran Pri 22 - 24 iyunda Fransada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu