Viza problemi: "Həmin yarışa qatılmağımız mümkün deyil”

8 Fevral 2017 19:07 Atıcılıq 582
Viza problemi: "Həmin yarışa qatılmağımız mümkün deyil”

ABŞ İran idmançılarına viza qadağasını aradan qaldırıb. Sportinfo.az xəbər verir ki, bunu İran Oxatma Federasiyasının sədri Məhəmmədəli Sücai qurumun saytına açıqlamasında bildirib. ABŞ prezidenti Donald Trampın yanvarın 27-də imzaladığı fərmana əsasən, İran, İraq, Suriya, Yəmən, Somali, Sudan və Liviya vətəndaşlarına 90 gün ABŞ-a viza verilməsi qadağan edilib.

“Yarışın başlamasına iki gün qalır. İran idmançılarına vizanı ABŞ-ın Ermənistandakı səfirliyi verməli idi. Ancaq səfirlik tərəfindən viza gec verildiyindən bizim həmin yarışa qatılmağımız mümkün deyil”, - deyə o vurğulayıb.
Məlumata görə, fevralın 10-12-də ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində Kamandan oxatma üzrə Dünya Kuboku keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti