Millimiz Gürcüstanda beynəlxalq “Satellite” turnirində necə iştirak etdi?

30 Yanvar 2018 08:12 Atıcılıq 1 060
Millimiz Gürcüstanda beynəlxalq “Satellite” turnirində necə iştirak etdi?

Kişi sablyaçılardan ibarət millimiz Gürcüstan paytaxtında beynəlxalq “Satellite” turnirində iştirak ediblər.

Sportinfo.az xəbər verir ki, bizdən Xalid Əsədov və Elvin Rzazadə qrupda hərəyə bir qələbə qazansalar da, növbəti mərhələyə keçə bilməyiblər.

Qərib İbrahimov isə qrupda keçirdiyi görüşlərdə qələbə qazana bilməyib. Qrup mərhələsini bir qələbə ilə adlayan Həsənov Abdulla 1/64 finalda qazaxıstanlı rəqibinə uduzaraq, turniri 36-cı yerdə başa vurub.

Sablyaçılarımızdan ən yaxşı nəticə Cavanşir Ağakişiyevə məxsus olub. Qrup mərhələsində 3 qələbə qazanan həmyerlimiz 1/32 finalda yarışın bürünc mükafatçısı Mixail Mardalişviliyə məğlub olub. İdmançımız turniri 28-ci sırada tamamlayıb

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı