Azərbaycan atıcısı Avropa çempionatında mübarizəyə qoşuldu

23 İyul 2017 18:24 Atıcılıq 900
Azərbaycan atıcısı Avropa çempionatında mübarizəyə qoşuldu

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının ikinci günündə - iyulun 23-də tapança ilə 25 metr və tüfənglə 50 metr məsafəyə atəş açma üzrə yarışlara start verilib.

Sportinfo.az xəbər verir ki, turnirin ikinci günündə yığma komandamızın üzvü Ruslan Lunyov da mübarizəyə qoşulub.

O, 25 metr məsafədən tapança ilə hədəfi vurmaq bacarığını nümayiş etdirəcək. Çempionata avqustun 4-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti