Bakıya 1000 nəfərə yaxın snayper gəlir - 43 ölkədən

9 İyul 2017 12:20 Atıcılıq 1 098
Bakıya 1000 nəfərə yaxın snayper gəlir - 43 ölkədən

Bakıda atıcılıq üzrə Avropa çempionatına qatılacaq ölkələrin və snayperlərin sayı açıqlanıb. Sportinfo.az xəbər verir ki, 25 m, 50 m, 300 m məsafələrdən hədəfi nişan almada güllə, həmçinin stendin bütün növləri üzrə atıcıların qatılacağı yarışa 43 ölkənin yığması qatılacaq.

Çempionat Bakı Atıcılıq Mərkəzində olacaq. İyulun 21-dən avqustun 4-dək olacaq çempionatda 932 snayper dəqiqliyini yoxlayacaq. Onlar arasında yeniyetmələr də olacaq ki, həmin idmançılar Yeniyetmələrin Olimpiya Festivalına lisenziya üçün mübarizə aparacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi