"Keçmişdə nə etdiyinizin heç bir əhəmiyyəti yoxdur"

15 Sentyabr 2024 04:00 Atçılıq 1 027
"Keçmişdə nə etdiyinizin heç bir əhəmiyyəti yoxdur"

"Düşünürəm ki, bu həftəsonu mənim üçün daha yaxşı olmalıdır".

Sportinfo.az xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" pilotu Serxio Peres Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

Meksikalı sürücü Bakıdakı yarışda özünə inandığını söyləyib:

"Montsadakı yarış çox çətin idi. İndi isə inamım böyükdür".

Peres şəhər treklərində uğurlu çıxış etməsinə də toxunub:

"Keçmişdə nə etdiyinizin heç bir əhəmiyyəti yoxdur. Bu, tamamilə yeni çağırışdır".

Digər Xəbərlər
Xəbər Lenti