Köçkünlər azad edilmiş torpaqlara qayıtmağa hazırlaşır - VİDEO

30 Oktyabr 2020 21:20 Araşdırma 412
Köçkünlər azad edilmiş torpaqlara qayıtmağa hazırlaşır - VİDEO

Sportinfo.az xəbər verir ki, özünüməşğulluq proqramına cəlb olunan məcburi köçkünlər azad edilmiş torpaqlara qayıtmağa hazırlaşır

DMA-nın Özünüməşğulluq proqramı görünən odur ki, heç bir vətəndaşın kənarda qalmasına imkan verməyib. Bura məcburi köçkünlər də daxildir.

Qeyd edək ki, ölkə başçısının müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq 2018-ci ildən proqramın əhatə dairəsi daha da genişləndirilib.

Belə ki, 2018-ci ildə 7267, 2019-cu ildə 10 min 352 nəfər bu roqrama cəlb edilib.

DMA-nın İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyevin sözlərinə görə cəlb olunanlar arasında məcburi köçkünlər də ön sıralarda gedirlər. 2018-ci ildə proqrama cəlb edilən məcburi köçkünlərin sayı 2 min, 2019-cu ildə 3 min yaxın.

Cari ilin 9 ayının nəticələrinə əsasən hazırda Özünüməşğulluq proqramına cəlb edilmiş 8 mindən çox şəxsin içərisində minlərləsi məcburi köçkünlərdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM