Azərbaycanda əlavə iş yerlərinin açılması gözlənilir - Sevinməyə dəyər!

25 May 2024 13:50 Araşdırma 1 166
Azərbaycanda əlavə iş yerlərinin açılması gözlənilir - Sevinməyə dəyər!

Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur.

Bu barədə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

O bildirib ki, bununla bağlı layihə hazırlanaraq aidiyyəti üzrə göndərilib, razılaşma mərhələsindədir.

M.Abbasbəyli vurğulayıb ki, hazırda hökumətdə müzakirə olunan 3 aktiv layihə var: “Bunlar məqsədli proqramlar, sosial müəssisələrin yaradılması və kvotadan əlavə iş yerləridir.

Hər üç layihə bütün mərhələlərdən keçib. Administrasiyada yekun müzakirədədir. İnanırıq ki, yaxın vaxtlarda sizin müzakirənizə təqdim olunacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il