Qarabağda yerləşən bu qəbiristanlıqda minalanmış sahə aşkarlandı - VİDEO

6 Aprel 2024 15:30 Araşdırma 677
Qarabağda yerləşən bu qəbiristanlıqda minalanmış sahə aşkarlandı - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, ərazidə POMZ-2M tipli piyada əleyhinə minaların məftil çəkmə üsulu ilə qurulduğu müəyyən edilib.

Qeyd edək ki, bu tip minalar dairəvi şəkildə məhvetmə radiusuna malikdir və üzərindəki qəlpələrin parçalanması ilə ciddi fəsadlar yaradır.

Mülki şəxslərə və hərbi qulluqçulara qarşı təxribat törətmək məqsədilə qurulan minalar Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə zərərsizləşdirilib və ərazidən müsadirə edilib.

Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?