Qarabağdan 220 erməni meyiti daşıdılar

27 Oktyabr 2023 03:50 Araşdırma 1 110
Qarabağdan 220 erməni meyiti daşıdılar

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları sentyabrın 20-dən indiyədək 220 nəfərin cəsədinin Qarabağdan Ermənistana daşınmasına yardım edib.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“Məhkəmə ekspertlərimiz ötən ay yanacaq anbarında baş vermiş faciəli partlayış nəticəsində həlak olanların qalıqlarının ləyaqətlə utilizasiyasını təmin etmək üçün işlərini davam etdirirlər”, - məlumatda deyilir.

BQXK əlavə edib ki, daşınan meyitlərin əksəri yanacaq anbarında baş verən partlayışa aiddir.

25 sentyabrda xankəndi yaxınlığındakı yanacaq məntəqəsində baş verən partlayışda yüzlərlə erməninin öldüyü və yaralandığı bildirilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti