Respublika ərazisində küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

14 Yanvar 08:00 Araşdırma 380
Respublika ərazisində küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti müşahidə olunacaq.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Hacıqabul, Qobustan, Salyan, Neftçala, Lerik, Yardımlı, Yevlax, Gəncə, Göygöl, Naftalan, Goranboy, Mingəçevirdə fasilələrlə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 17:00 “Bu, bizə mane olurdu”
15 Fevral 08:40 Azərbaycan 28-ci pillədə