«Dinamo»nun hücumçusu Amil Nurəhmədov Bakıdakı xəstəxanaların birində əməliyyat olunub.
Həkimlərin cərrahi müdaxiləsinə səbəb onun I Liqanın ilk turunda aldığı ciddi xəsarətlərdir.
Belə ki, «Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən bazasında «Difai»nin qonağı olan «polislər»in forvardı 82-ci dəqiqədə rəqibin kobud müdaxiləsinə məruz qalıb.
Məmməd Məmmədov tərəfindən yerə çıxırdılan ön xətt oyunçusu dəmir arakəsməyə çırpılıb. Nəticədə əl, üz və ayağından ağır zədə alıb. T
əcili Tibbi Yardımla qan içində stadiondan xəstəxanaya aparılan Amilin üzünə 6, əlinə 5, ayağına 7 tikiş qoyulub.
O, 1-2 ay ərzində yaşıl sahələrdən kənarda qalacaq. Psixoloji travma da alan gənc bu müddətdə reablitasiya kursu keçəcək.
Daxili İşlər Nazirliyi yeni mövsümün açılış turunda «fədailər»ə 3:1 hesabıyla qalib gəlib. 21 yaşlı hücumçu isə görüşün 69-cu dəqiqəsində Nuran Muradlının əvəzinə meydana daxil olub.
Bu olay üzündən 82-ci dəqiqədə yerini Murad Rüstəmova vermək məcburiyyətində qalıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
