“Golden Boy”a namizədlərin siyahısı yeniləndi

17 Aprel 22:00 Araşdırma 257
“Golden Boy”a namizədlərin siyahısı yeniləndi

2024-cü il “Golden Boy” mükafatına namizədlərin siyahısı yenilənib.

Sportinfo.az xəbər verir ki, Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu mükafatı uğrunda mübarizədə favoritlər açıqlanıb.

Siyahıya “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal başçılıq edir. Onu Portuqaliya “Benfika”sının üzvü Joao Neveş izləyir. İlk “üçlüy”ü İngiltərə təmsilçisi “Mançester Yunayted”in formasını geyinən Alexandro Qarnaço qapayır.

Uorren Zaire-Emeri (PSJ, Fransa), Leni Yoro (“Lill”, Fransa), Savio (“Jirona”, İspaniya) və Kobbi Meynu (“Mançester Yunayted”, İngiltərə) növbəti yerlərdə qərarlaşıblar.

“Golden Boy” mükafatı 2003-cü ildən təqdim edilir. 2023-cü ildə İspaniya “Real”ının yarımmüdafiəçisi Cud Bellinqem bu ada yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı