"Qəbələdəki matç "Qarabağ" - "Neftçi" oyunundan maraqlı olacaq"

8 Aprel 04:00 Araşdırma 452
"Qəbələdəki matç "Qarabağ" - "Neftçi" oyunundan maraqlı olacaq"

"Qəbələdəki cavab matçı "Qarabağ" - "Neftçi" duelindən daha maraqlı olacaq".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan Kubokunun yarımfinal mərhələsi barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis "Zirə"nin "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada hər iki tərəfin istəkli olduğunu söyləyib:

"Komandaların növbəti mərhələ şansı var. Reqlament də dəyişib və səfər qolu üstünlüyü ləğv edilib.

"Zirə"nin çoxlu qol şansları oldu. Amma istifadə edə bilmədilər. Öz səhvlərindən qapılarında top gördülər.

Futbolda səhvlər olur. Hazırkı gedişata görə onlar bir qədər üstündürlər. İkinci görüş ağır keçə bilər. Nəzərə almaq lazımdır ki, kubokda fərqli motivasiya olur".

Mircavadov "Qəbələ"nin doğma meydanda daha çox hücum futbolu nümayiş etdirəcəyini diqqətə çatdırıb:

"Zirə" də bundan yararlanmağa çalışacaq. Komandada topla yaxşı oynayan futbolçular var.

Bu matç çox xoşuma gəldi. Sürətli oyuna şahidlik etdik. Hər iki tərəf istəkli idi və bu, Azərbaycan futbolunda çox şeyi həll edir"

Yarımfinal mərhələsinin digər oyununda "Qarabağ" səfərdə "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşmaları aprelin 24-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti