Gənc azərbaycanlılara dəyər verən klubları tanıyın - SİYAHI

7 Aprel 18:35 Araşdırma 765
Gənc azərbaycanlılara dəyər verən klubları tanıyın - SİYAHI

Gənc futbolçuların inkişaf etməsi üçün oyun praktikası şərtdir.

Oynamayan futbolçu necə böyüyə bilər?

Təbii ki, mümkünsüzdür.

Söhbət hər oyun minimum 30-35 dəqiqə şans verməkdən gedir.

Daha əlavə olunmuş dəqiqələrdə meydana buraxıb "biz də akademiya uşaqlarına şans veririk" görüntüsü yaratmaqdan yox.

Bunu xüsusilə iddiası az olan klublar etməlidir.

İddialı klubların tələbləri də böyük olur. Bir gənc oyunçunu həmin tələblərin önünə atmaq uğurlu gediş deyil.

Amma autsayder klublarda bu gediş uğurlu ola bilər. Həm yerli futbolçu yetişir, həm də büdcəyə qənaət etmiş olursan. Hətta bir gün qazanc da əldə edə bilərsən.

Ötən ilin "Şamaxı"sı buna nümunədir. Çox sayda azərbaycanlı məhz o klubda praktika qazanmaqla bu gün Premyer Liqa klublarında çıxış edirlər. Az-çox qazancları da oldu.

Amma bizdə tərsinədir - iddialı klublar gənclərə şans tanıyır, ortababa və autsayderlər yox.

Bunu biz yox, statistika deyir.

Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) rəsmi saytında açıqlanıb ki, Azərbaycan Premyer Liqasında 21 yaşadək futbolçulara ən çox şans verən klublar siyahısı aşağıdakı kimidir.

1. "Qarabağ"ın 6,2 faizinin yaşı 21-dən aşağı olub.

2. "Zirə" - 4,6 %

3. "Sabah" - 4,3%

4. "Neftçi" - 4,3 %

5. "Qəbələ" - 3,7%

6. "Turan Tovuz" - 3,3%

7. "Sumqayıt" - 3,2%

8. "Kəpəz" - 1,9 %

9. "Araz-Naxçıvan" - 0,3%

10. "Səbail" - 0,1%.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti