AFFA-nı tərk edəcək vəzifəli şəxslər - O, bu siyahını hazırladı

5 Aprel 11:40 Araşdırma 2 955
AFFA-nı tərk edəcək vəzifəli şəxslər - O, bu siyahını hazırladı

AFFA-nın bir sıra departament və komitələrinin rəhbərliyində islahatlar aparılacaq.

Bu barədə federasiyadan redaksiyamıza yeni məlumat daxil olub.

Bildirilib ki, aparılacaq islahatlarla bağlı konkret təkliflər işlənib və o yeni icraçı vitse-prezident Sərxan Hacıyev tərəfindən hazırlanıb.

Aprelin 2-də bu vəzifəyə təyinat alan funksioner onu qurumun yeni prezidenti Rövşən Nəcəfə təqdim edəcək. Bunun üçün təqribən 1 ay vaxt var.

Həmin müddətdə ciddi müzakirələr aparılacaq və müvafiq qərarlar qəbul olunacaq. Gözlənti odur ki, AFFA «artıq adamlar»dan təmizlənəcək.

Artıq adamlar kimlərdir? Hansılar ki, Elxan Məmmədovun «əlinə oynayır» və ona federasiya daxilindən informasiyalar ötürür.

AFFA-da bir xeyli belə idarəçi var. Hacıyev sabiq icraçı vitse-prezidentə kifayət qədər yaxın olan bu şəxslərin siyahısını müəyyənləşdirib və istəyir ki, «şüşəbənd»dən Parisə gzli informasiyalar ötürülməsin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti