“Qarabağ” Avropa Liqasında növbəti görüşünü “Bayer”lə qarşılaşacaq.
Almaniya təmsilçisinin Bakı planı məlum olub.
“Qırmızı-qaralar” Bakıya noyabrın 8-i axşam saatlarında təşrif buyuracaq. Qonaqları gətirən təyyarə saat 22:45-də Heydər Əliyev adına Hava Limanına eniş edəcək.
Bu o deməkdir ki, “Bayer” Bakıda oyunöncəsi məşq etməyəcək. Baş məşqçi Xabi Alonso isə matçdan əvvəl jurnalistlərin önünə çıxmayacaq.
Almaniya nəhəngi paytaxtımızın dəbdəbəli otellərindən sayılan “Abşeron Marriott”da məskunlaşacaq.
Noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer” qarşılaşması saat 21:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

