Azərbaycanda bu əmlaklar vergilərdən güzəştli azad ediləcək

3 Noyabr 2023 13:50 Araşdırma 639
Azərbaycanda bu əmlaklar vergilərdən güzəştli azad ediləcək

Kredit təşkilatlarının ödənilməyən borclar müqabilində balansa götürdüyü girov əmlaklar və torpaqlar əmlak və torpaq vergilərindən güzəştli azad ediləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, belə aktivlərin 2 il ərzində özgəninkiləşdiriləcəyi müddətdə əmlak və torpaq vergilərindən azad edilməsi təklif olunur. Bununla kredit təşkilatlarının sabit vergi xərcləri azaldılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?