Azərbaycanda orta aylıq pensiya artacaq və bu qədər olacaq

31 Oktyabr 2023 12:30 Araşdırma 807
Azərbaycanda orta aylıq pensiya artacaq və bu qədər olacaq

Gələn il Azərbaycanda orta aylıq pensiya artırılacaq.

Bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Rəydə bildirilib ki, cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16,9 % artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əməkhaqqının artım tempinin 10,7 % hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 435 manat hədd ətrafında olacağını göstərir.

2023-cü ildə ölkə üzrə orta aylıq pensiya 372,1 manatdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti