Kolumbiya hökuməti “Liverpul”un vingeri Luis Diasın atasının yerini tapmağa kömək edəcək şəxsə 10,500 avroya qədər pul vəd edir.
Sportinfo.az xəbər verir ki, şənbə günü futbolçunun valideynləri Kolumbiyanın şimalındakı Barrankasda yanacaqdoldurma məntəqəsindən qaçırılıb.
Onlara motosikletli silahlı şəxslər hücum edib və cütlüyün maşınına minərək, Diasın valideynlərini naməlum istiqamətə aparıblar.
Futbolçunun anası xilas edilib, lakin atasının axtarışları davam edir.
Dias dünən Premyer Liqanın 10-cu turunda keçirilən “Nottingem Forest”lə ev matçını (3:0) buraxıb.

