VAR Azərbaycanda nə qədər vaxt aparır? – CİDDİ PROBLEM

17 Sentyabr 2023 22:00 Araşdırma 646
VAR Azərbaycanda nə qədər vaxt aparır? – CİDDİ PROBLEM

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek və köməkçisi Tarık Onqun idman jurnalistləri üçün seminar təşkil edib.

Bakı Olimpiya Stadionunda baş tutan görüşdə 40-a yaxın media mənsubu iştirak edib.

Bildiyiniz kimi, ötən mövsüm Azərbaycan Premyer Liqasında və Azərbaycan kubokunda ilk dəfə VAR sistemi tətbiq olundu.

Komitə sədrinin verdiyi məlumata görə, ötən futbol ilində 175-i çempionat, 15-i kubok qarşılaşmalarında olmaqla ümumilikdə 190 matçda VAR “xidmət” göstərib.

5 oyunda ortaya texniki problemlər çıxdığından VAR işləməyib.

190 görüşdə hakimlər 90 dəfə VAR-ın müdaxiləsinə ehtiyac duyub.

Məlum məsələdir ki, Avropa ölkələri ilə müqayisədə Premyer Liqada VAR yoxlanışı xeyli vaxt aparır. Orta statistik hesablamaya görə hər dəfə VAR-a baxmaq 178 saniyə zaman alıb, təxminən 3 dəqiqə. Bu isə kifayət qədər ciddi rəqəmdir.

Müqayisə üçün bildirək ki, Türkiyədə bu göstərici 128 saniyədir.

Məsələ ilə bağlı danışan Barış Şimşek hakimlərin VAR dəqiqələşdirməsində xeyli vaxt itirdiyini etiraf edərək bunu sistemin birinci ili olması ilə əlaqələndirib. Ortaya çıxan problemlər isə əsasən bəzi hallarda çəkilişin keyfiyyətinin aşağı olması, stadionun işıqlandırılması və hakimlərin yekun qərar verməkdə çətinlik çəkməsi ilə bağlıdır.

Türkiyəli mütəxəssis məlum çətinliyin aradan qalxacağına inandığını deyərək, bunun üzərində çalışdıqlarını bildirib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti