İkinci Liqanın məşhur adları - Görün, siyahıda kimlər var!

18 Sentyabr 19:40 Araşdırma 4 157
İkinci Liqanın məşhur adları - Görün, siyahıda kimlər var!

Bu mövsümdən yeni yaradılan ikinci liqaya şahidlik edirik.

Arxada qalan 3 turda 14 komandanın ifasında bir-birindən maraqlı matçlar izləməkdəyik.

Kifayət qədər maraqlı keçən liqada diqqət çəkən məqamlardan biri də ikinci liqa olmasına baxmayaraq, komandaların heyətində çox sayda tanınmış simaların yer almasıdı.

Futbolçu, baş məşqçi və ya klub rəsmisi kimi.

Ölkə futbolunda kifayət qədər tanınan həmin simaların siyahısın sizə təqdim edirik:

Səbuhi Səfiyarlı – “Cəbrayıl” komandasının direktoru olan funksioner uzun illər “Neftçi”, “Qəbələ” kimi klublarda çalışıb. Əslən Cəbrayıldan olan Səfiyarlı iki dəfə Avropa Liqasının qruplarında oynayan bölgə klubunun idaretməsində önəmli fiqurlarından biri olub.

Cavid Hüseynov – “Cəbrayıl”ın gənc baş məşqçisi ötən mövsüm Premyer Liqada “Şamaxı”nı çalışdırıb və qısa müddətdə futbol adamlarından yaxşı məşqçi obrazı yarada bilib. Əslən Cəbrayıldan olan Hüseynov futbolçu kimi Azərbaycan millisində 58 oyun keçirib. Dövrünün ən yaxşı yarımmüdafiəçilərindən hesab olunan veteran futbolçu zəngin karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) kimi güclü klubların şərəfin qoruyub.

Amit Quluzadə - “Füzuli”nin baş məşqçisi bu sahədə ilk addımını atır. Əslən Füzulidən olan tanınmış futbolçu Azərbaycan millisində 3 oyun keçirib. Türkiyə, Moldova, Kosova, Portuqaliya, Avstriya kimi ölkələrdə legioner həyatı yaşamış veteran yarımmüdafiəçi ölkəmizdə “Neftçi”, “”Qəbələ”, “Sumqayıt”, “Səbail” və “Rəvan”da çıxış edib.

Rahid Əmirquliyev – Təqdimata böyük ehtiyacı olmayan daha bir tanınmış sima. “Şahdağ”ın kapitanı bu peşəkar karyerasın ötən ay başa vurmuşdu. Doğma rayonun komandasına dəstək olmaq üçün yenidən yaşıl meydanlara qayıdan təcrübəli yarımmüdafiəçi Azərbaycan millisində 60 oyun keçirib. “Xəzər Lənkəran”ın unudulmaz kapitanı “Qarabağ” və “Səbail”in də formasın geyinib.

Novruz Əzimov – “Dinamo”nun 63 yaşlı baş məşqçisi “Bakı” ilə 2011/12 mövsümündə Azərbaycan kubokunun qalibi olub. Sonuncu iş yeri Moldovanın “Dinamo” komandası olub.

Cavid İmamverdiyev – “Kür Araz”ın yarımmüdafiəçisi bir vaxtlar ölkənin ən perespektivli gənclərindən hesab olunurdu. Əbəs deyil ki, 2012-ci ildə Zaqreb “Dinamo”sunun baş məşqçisi Ante Çaçiç “Neftçi” ilə yoxlama oyunundan sonra Cavidlə bağlı “İnanmazdım ki, Azərbaycanda belə oyunçu var. O, fantastik futbolçudur” – deyə fikir bildirmişdi.

Azərbaycan millisində 11 görüş keçirmiş futbolçu Türkiyədə legioner həyatı yaşamış, Ukrayna nəhəngi “Dinamo”ya trasnferi son anda baş tutmamışdı. O, “Neftçi”dən başqa ölkəmizdə “Kəpəz”, “Sumqayıt”, “Sabah”, “Keşlə” və “Karvan” klublarından çıxış edib.

Ümid edək ki, gələcəkdə bu say daha da artacaq. Çünki liqanın maraqlı olmasında, kütləvi yayılmasında, gənclərin təcrübə qazanmasında belə adamların işin içində olması çox faydalı olar.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu