“Qarabağ”ın futbolçusunu yaxşı tanıyan adam – Yolu Bakıdan düşdü

19 İyul 2023 16:40 Araşdırma 1 170
“Qarabağ”ın futbolçusunu yaxşı tanıyan adam – Yolu Bakıdan düşdü

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək oyunların hakimləri açıqlanıb.

“Qarabağ”ın “Linkoln”la oyununu albaniyalı hakimlər idarə edəcək.

İyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda baş hakim Eldorjan Hamitinin köməkçiləri Ridiger Çokaj və Ani Koçiaj olacaq.

Dördüncü hakim funksiyasını Kreşnik Cjapi yerinə yetirəcək.

40 yaşlı referi Albaniyanın yüksək dəstəsində 2015-ci ildən görünməyə başlasa da, beynəlxalq oyunlarda bir qədər gec – 2018-ci ildə debüt edib.

Elə də zəngin təcrübəyə sahib deyil. Avrokuboklarda cəmi 6 oyunda meydanda əsas söz sahibi olub.

Eyni sözlər milli komandalar səviyyəsində idarə etdiyi görüşlərə də aiddir. Hamiti əsas yığma komandaların cəmi 5 matçına təyinat alıb.

“Qarabağ”ın futbolçusu Redon Cicanın həmyerlisi olan və Albaniya çempionatında dəfələrlə Cica ilə üz-üzə gələn hakimin yolu bizimkilərlə iki dəfə kəsişib. Həm də yaxın keçmişdə.

Ötən ilin oktyabrında Bosniya və Hersoqovinada 17 yaşa qədər futbolçular arasında keçirilən Çempionşipin seçmə mərhələsində yığmamız iştirak edib.

Təmsilçimizin meydan sahiblərinə 0:1 uduzduğu, eləcə də Lixtenşteyn üzərində 8:0 hesabı ilə qalib gəldiyi qarşılaşmalarda Eldorjan baş hakim funksiyasını yerinə yetirib.

Bu axşam Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Linkoln” oyunu saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti