Dənizdə boğulma daha çox hansı səbəbdən olur? - VİDEO

17 İyul 2023 12:30 Araşdırma 537
Dənizdə boğulma daha çox hansı səbəbdən olur? - VİDEO

Son 30 gündə, dənizdə ölümlə üz-üzə qalan 55 nəfər xilas edilib.

Demək olar ki, çimərliyə istirahətə yollanan şəxslər arasında hər gün iki nəfər ölümün caynağından son anda xilas olub.

FHN-in kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin icimaiyyətlə əlaqələr şöbəsinin böyük inspektoru Fərid İlhamoğlu bildirib ki, batma təhlükəsi ilə üz-üzə qalanların xilas edilə bilməsində əsas amil onların nəzarət olunan ərazidə çimməsi olub.

Baş leytenant Fərid İlhamoğlu bildirib ki, ölümlə nəticələnən hadisələrin hamısı nəzarətsiz olan ərazilərdə baş verir. Bu ərazilərin nəzarətsiz qalmasına səbəb isə həmin yerlərdə çimməyin qadağan olmasıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
9 Avqust 18:10 Çək və bizə göndər!