Bu gün gözlənilən hava şəraiti - Leysan yağacaq

17 İyul 2023 07:10 Araşdırma 760
Bu gün gözlənilən hava şəraiti - Leysan yağacaq

İyulun 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli olacağı, 16-dan 17-nə keçən gecə və səhər erkən saatlarında yarımadanın bəzi ərazilərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək.

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 22-27° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti