"Bu, olduqca vacibdir" - AFFA dəyişikliklər etdi

14 İyul 2023 08:20 Araşdırma 1 125
"Bu, olduqca vacibdir" - AFFA dəyişikliklər etdi

AFFA İntizam Komitəsinin (İK) İntizam Məcəlləsində dəyişikliklər edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a İK-nin sədri Erkin Hüseynov açıqlama verib.

Onun sözlərinə görə, İntizam Məcəlləsi 2023/2024 mövsümü üçün tam hazırdır: "Çap variantı yaxın günlərdə işıq üzü görəcək.

Məcəllədə bir çox sanksiya və cəza dəyişdirilib. Klublar yeni versiya ilə AFFA-nın "Nəşrlər" və "Hüquqi normativ sənədlər" bölməsindən yaxından tanış ola bilərlər. Bu, olduqca vacibdir".

E.Hüseynov bildirib ki, 2023/2024 futbol mövsümü 107 maddədən ibarət məcəllə ilə tənzimlənəcək.

Yeni İntizam Məcəlləsi ilə buradan tanış olmaq olar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti