İndiyədək Qarabağda ərazilərin neçə faizi minalardan təmizlənib?

14 İyul 2023 07:00 Araşdırma 675
İndiyədək Qarabağda ərazilərin neçə faizi minalardan təmizlənib?

“Qarabağ iqtisadi rayonu daxilində işğaldan azad edilmiş ərazilərin 18,1 faizi, yəni 42.635 hektar ərazi minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənib və minatəmizləmə əməliyyatlarını tam miqyasda davam etdiririk”.

Bunu Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, qeyd olunan təmizlənmiş ərazilərdə indiyədək 61.163 mina və partlamamış hərbi sursat aşkarlanıb.

Minatəmizləmə işləri ANAMA başda olmaqla, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri tərəfindən, eyni zamanda ,özəl şirkətlər tərəfindən aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti