Azərbaycanın dünya idmanına töhfəsi hesab olunan Avropa Oyunlarının üçüncüsü də başa çatdı.
Təəssüf ki, banisi hesab olunduğumuz yarışda bu dəfə nəticələr ürəkaçan olmadı.
Polşada təşkil edilən Avropa Oyunlarında 13 idman növündə ümumilikdə 86 atletlə təmsil olunan komandamız yekunda 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla, 11 medal qazandı.
Bu nəticəylə Azərbaycan 48 iştirakçı ölkə arasnda tam ortada - 24-cü sırada qərarlaşdı. Əvvəlki iki Avropa Oyunlarını yada salsaq, bu, çox zəif nəticədir.
Bakının ev sahibi olduğu ilk Avropa Oyunlarında idmançılarımız 21-i qızıl omaqla, 56 medal qazanmış, komanda hesabında ikinci olmuşdu.
2019-cu ildə Minskdə təşkil edilən ikinci Avropa Oyunılarında isə 28 medal və komanda hesabında 50 ölkə arasında 10-cu yer.
Özü də 4 il əvvəlki Avropa Oyunlarına indikindən az - 82 idmançı ilə qatılıb, medal sayında Poşadakından az qala 3 dəfə yaxşı nəticə göstərilmişdi.
Nəticənin zəif olmasını hətta ən yüksık idman dairələri də qəbul edir. İlyarımdır gənclər və idmab naziri postunda olan Fərid Qayıbov üçün bu vəzifədə ilk Avropa Oyunları idi.
Nazir medal sayının az olmasını AGİN-in rəsmi saytında yazdığı qeydlərdə belə izah edib:
"Ötən oyunlara nisbətən medallarımızın sayı az oldu. Düşünürəm ki, bunun əsas səbəblərindən biri ötən oyunlarda qazanılmış medalların 75 faizinin bizim üçün ənənəvi medal gətirən idman növlərində əldə edilməsidir.
Lakin bu dəfə həmin idman növləri oyunların proqramında yox idi. İndi federasiyalarla birlikdə oyunların nəticələrini təhlil edib müzakirələr aparmalıyıq".
Ənənəvi idman növləri deyəndə, Fərtid Qayıbov güləş, cüdo və sambonu nəzərdə tutur.
Amma onu da nəzərə almaq lazımdır ki, bu Avropa Oyunlarında heyətində dünyanın ən güclü idmançılarınnın olduğu Rusiya, həmçinin Belarus komandaları iştirak etmirdi.
Bu komandalar Polşadakı mübarizyə qatılsaydı, bəlkə heç 11 medal da qazana bilməyəcəkdik. Təmsil olunduğumuz 13 növə gəlincə, ilk növbədə karateçi və boksçuların çıxışını vurğulamaq olar.
Karateçi Tural Ağalarzadə Avropa Oyunlarının elə ilk günündə ölkəmizə qızıl medal qazandırdı. Növbəti gündə İrina Zaretska da eyni uğuru təkrarladı.
Yeri gəlmişkən, bununla ukraynalı legioenrimiz ardıcıl 3-cü Avropa Oyunlarında da medalla başa vurdu. Bakıda qızıl, Minksdə gümüş, Krakovda yenə qızıl.
Daha bir karateçimiz Asiman Qurbanlı isə çıxışını bürünc medalla bitirdi. Beləliklə. 8 karateçimizdın ikisi çempion oldu, biir isə bürünc medal aldı.
Karete gələn il Paris Olimpiadasının proqramında olmadığından, onlar üçün bəlkə də bu, elə olimpiada qədər həmiyyətli bıir yarış idi və yüksək əzmkarlıq, motivasiyanın səbəblərindən biri də bu idi.
Boks ən gərgin mübarizənin getdiyi növlərdən biri oldu. Çünki burada Parisə lisenziyalar uğrunda mübarizə gedirdi.
12 boksçumuzdan yalnız ikisi – Murad Allahverdiyevlə Məhəmməd Abdullayev məqsədinə çatdı.
20 yaşlı tərtərli Murad Allahverdiyevin özünəinamı xüsusən qeyd olunmalıdır
Almaniya və Finladiya təmsilçilıroinə qalib gələn Murad onun üçün finala bərabər 1\4 final qarşılaşmasını - erməni Hambardzum Hakobyanla döyüşü də yüksək səviyyədə keçirdi.
Ermənini məğılub etməklə həm bürünc medalı, chəm də olimpiadaya lisenziyanı təmin etdi. Bəlkə də minimum mıqsədinə çatması Muradın yarımfinalda xorvatiyalı rəqibinə uduzmasında müəyyən rol oynadı.
Ağırçəkili Məhəmməd Abdullayev də adını Paris Olimpiadasaının iştirakçıları sırasına yazdırdı.
Ağır yumruqları hesabına finala qədər Türkiyə, Gürcüstan, Yunanıstan və Almaniya təmsilçiləriin məğlub edən Abdullayev yalnız həlledici döyüşdə Böyük Britaniya boksçusu Oriyə uduzdu və yarışın gümüş medalına layiq görüldü.
Təəssüf ki, digər 10 boksçumuzun çıxışı bizi məyus etdi. Xüsusən dünya çempionu – kubalı legioner Alfonso Domingesin. Dünya çempionumuz elə ilk görüşdə İsrail təmsilçisi, ötən il gənclər arasında Avropa çempionluğu
qazanmış Yan Zaka uduzaraq, hamını şoka saldı. İlk mərhələni uğurla keçən Sərxan Malik Həsənov və 2 qələbə qazanan Sərxan Əliyev, təəssüf ki, bunun davamını gətirə bilmədi.
Ümid Rüstəmovla Məsud Yusifzadə isə eyni aqibəti yaşadı: ikisi də elə ilk görüşdə macarlara uduzdu.
Qadın boksçulaırmızdan danışmağa dəyməz. Yalnız Ermınistan idmançısı ilə prinsipial döyüşü qazanan Məhsəti Həmzəyeva-Ağamalıyeva əzmkarlığı ilə dqqət çəkdi.
Ümumilikdə, Məhəmmədin gümüş və Muradın qazandığı bürünc sayəsində boksçularınız medal sayəsində komanda hesabında Avropa Oyunlarını 7-ci bitirdik.
Olimpiya idman növlərində daha 2 medalı isə taekvandoçular qazandı.
Eynən boksda olduöu kimi - 1 gümüş, 1 bürünc. Səyyad Dadaşov yalnız finalda ududzaraq, gümüş mükafata sahib çıxdı. Qaşim Maqomedov isə bürünc medalçı oldu.
Taekvandoda Radik İsayev, Milad Beyqi Harçeqanidıən sonra nəsil dəyişimi yaşayan yığmamız 1 ay əvvəl Bakıdakı dünya çempionatndakı fiaskonu Polşadakı bu 2 medalla kompensasuya etməyə çalışdı.
Maytayda qazanılan 3 bürünc haqqında deməyə söz də tapmırsan. Təsəvvür edin ki, bu növdə mübarizə birbaşa yarımfinaldan başlayırdı.
Udsan, finaldasan . uduzsan da bürünc medal qazanırsan. Və bizim 3 idmançımız elə o ilk görüşdə - yarımfinalda uduzaraq, beləcə, Avropa Oyunlarının bürünc medalçısı oldu.
Belə medalı istənilən kəs qazana bilər. Sadəcə, həmin idmançıların 16-17 yaşlılar olmasını nəzərə alsaq, uduzaraq qazandıqları bürünc medalların gələcək yarışlar üçün onlara stimul verəcəyinə ümid edək.
Əksinə, kikboksda Fərid Ağamoğlanov çempion olmaq üçün çox çaışdı. Hıər 3 rəqibinə qalib gələn Fərid Azərbaycana sonuncu - 3-cü qızıl medalı qazandırdı.
Qalan növlərdəki təmsilçilərimizin çıxışı, sadəcə, fiasko! Ən bərbad çıxış heyətində Avropa çempionu Ruslan Lunyovun da olduğu atıcılıq və qılıncoyandanlarımıza aiddir.
Tək və komanda yarışları, qarışıq cütlüklər... 3-4 dəfə medal şansı var ikən, heç biri olmadı. Atıcılar hədəfdən yan keçdi.
Qılıncoaynadanlar onlardan da betər. Badmintonçu legionerlər qrup mərhəlıəsini uğurla keçdilər, amma görünür ki, onların maksimumu elə budur.
Belə legionerlərə pul xərcləməyə dəyməz. 36 yaşlı triatlonçu Rostislav Pevtsovu yalnız üzüb, qaçıb, velosiped sürmədən sonra özünü yaxşı hiss etməsinə görə alqışlamaq olar.
Çimərlik futbolunun çıxışı da biabırçılıq idi. Adama deyərlər, bizim milli komanda düz yerdə futbol oynamağı belə öyrəndi, qaldı hələ qumun içində oynamaq?
3 oyuna 19 qol buraxan komandanın özünü, umumiyyətlə, buraxmaq lazımdır.
Cüdoda yalnız komanda yarışları vardı və bizim milli bura elə eksperimental heyət göndərmişdi ki, uğur qazanacaqlarına çox az adam inanardı.
Paris Olimpiadasına 1 l qalmasını nəzərə alsaq, bu, 4 illiyin mötəbər yarışı ərəfəsində sınaq imtahanı idi. Azərbaycan idmanı bu imtahandan kəsildi.
Qarşıdakı 1 ildə federasiyalar işində ciddi dönüş yaratmasa, düzgün, sistemli iş qurulmasa, Paris bizə yaxşı heç nə vəd etmir.
İlkin Fikrətoğlu

