5 günə 21 mina tapıldı - İşğaldan azad edilmiş ərazilərdə

11 İyul 2023 07:10 Araşdırma 465
5 günə 21 mina tapıldı - İşğaldan azad edilmiş ərazilərdə

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, iyulun 3-dən 8-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 19 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 271,82 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti