Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - HAVA XƏBƏRDARLIĞI

26 May 2023 04:00 Araşdırma 554
Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - HAVA XƏBƏRDARLIĞI

Mayın 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu