Zəlzələdə itkin düşən klub direktoru və oyunçudan hələ də xəbər yoxdur

8 Fevral 2023 10:20 Araşdırma 489
Zəlzələdə itkin düşən klub direktoru və oyunçudan hələ də xəbər yoxdur

"Kristian Atsu və idman direktorumuz Taner Savut təəssüf ki, hələ də dağıntılar altındadır.

Axtarış davam edir. Onlara qovuşa bilsək, sanki dünya bizim olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu “Hatayspor”un meneceri Mustafa Özat deyib.

O bildirib ki, hazırda Hatay köməyə daha çox ehtiyacı olan bölgədir:

"Biz kömək gözləyirik. Zəlzələ bölgələrində hər kəsin köməyə ehtiyacı var, amma Hatayda köməyə böyük ehtiyac var. Dualara ehtiyacımız var", - deyə klubun sözçüsü deyib.

Dağıntılar altında qalan klubun futbolçusu Burak Öksüz və məşqçi Gökhan Kağıtcıoğlu xilas edilib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada