
Ölkənin tanınmış futbolçularından olan Araz Abdullayevin əmisi oğlu da futbolçudur.
Həmin şəxs Samir Abdullayevdir.
Hazırda “Səbail”in şərəfini qoruyan 20 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Şamaxı”nın heyətində Premyer Liqada 6 oyunda 189 dəqiqə mübarizə aparmışdı.
Bu ilin yayında “Səbail”lə anlaşan 2002 doğumlu Abdullayev, ölkə çempionatında 3 görüşdə 83 dəqiqə görünüb. Samir hazırda U-21-in düşərgəsindədir.
Araz Abdullayev vaxtilə ölkənin ən perspektivli futbolçularından hesab olunurdu. 2008-ci ildə, 16 yaşında Azərbaycan millisində debüt etmiş futbolçu 19 yaşında “Everton”a transfer olunmuşdu.
Sonradan “Panionios”, “Anortosis”, “Etnikos”, “Boluspor” kimi əcnəbi klublarda legioner həyatı yaşasa da, bu ilin əvvəlindən “Sumqayıt”ın şərəfini qoruyur.
HƏBİB / SPORTİNFO.AZ