Dünya rekorduna cəmisi 2 oyun qalırdı ki...

17 Yanvar 2022 18:20 Araşdırma 715
Dünya rekorduna cəmisi 2 oyun qalırdı ki...

Yanvarın 16-da Afrika Millətlər Kubokunda E qrupunun 2-ci turunda Əlcəzair və Ekvatorial Qvineya qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Kamerunun “Duala” stadionunda keçirilən qarşılaşma 1:0 hesabı ilə Ekvatorial Qvineyanın xeyrinə başa çatıb.

Bununla da Əlcəzairin 35 oyunluq məğlubiyyətsiz seriyası qırılıb. Bu müddətdə əlcəzairlilər 25 qələbə qazanıb, 10 oyunda heç-heçə etmişdilər.

Onların dünya rekordunu təkrarlaması üçün cəmisi 2 oyunu çatmadı.

Dünya rekordu İtaliya yığmasına məxsusdur – 37 oyun. Roberto Mançininin komandası 37 görüşdə 28 qələbə qazanıb və 9 dəfə heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu