“Bu, ölümün qapısından dönüş idi” – İsveçrəli jurnalist “Bazel” haqda

17 Sentyabr 2021 17:00 Araşdırma 1 646
“Bu, ölümün qapısından dönüş idi” – İsveçrəli jurnalist “Bazel” haqda

İsveçrəli həmkarlarımız “Bazel”in “Qarabağ”a qarşı sərgilədiyi oyundan və matçın qolsuz bərabərliklə başa çatmasından narazıdır.

Bunu dünən axşamdan dərc olunan yazılardan görmək mümkündür.

Ölkənin ünlü Bazonlie.ch saytı məlum qarşılaşmaya bu sərlövhəni yaraşdırıb: “Qırmızı-göy” mühərrik xoda düşmədi”.

Məqalədən sitat: “Bazel” Avropa Konfrans Liqasının qrup mərhələsinə istədiyi kimi başlaya bilmədi. 1 xal? Bərabərlik “Qarabağ”ın işinə yaradı.

Qonaqlar meydan sahibləri qarşısında birmənalı heç nə edə bilmədilər. Nə ilk yarıda, nə də fasilədən sonra. “Bazel”in “çərçivə”yə 1, “Qarabağ”ın 5 zərbəsi oldu.

Son saniyələrdə Lindnerin Şeydayevin baş zərbəsinə əla reaksiya göstərməsi isə ölümün qapısından dönüş idi”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti