"Qarabağ"a qapazaltı olanların bu günü

16 Sentyabr 2021 19:20 Araşdırma 872
"Qarabağ"a qapazaltı olanların bu günü

Bu həftə Avropanın ən mötəbər turniri olan Çempionlar Liqasında yeni mövsümə start verildi.

Artıq ilk turlardan surpriz nəticələr qeydə alınmağa başladı.

Yəqin ki, çoxumuzu təəccübləndirən zəiflərdən "Yanq Boys"un əzəmətli "Mançester Yunayted"ə (2-1), "Şerif"in isə təcrübəli Ukrayna "Şaxtyor"una (2-0) qalib gəlməsi idi. Başqa senssasiya yaradan nəticələr də oldu.

Amma adıçəkilən klublar bizə daha yaxından tanış olan rəqiblərdi. Daha dəqiqi ölkəmizi Avropada illərdi uğurlu təmsil edən "Qarabağ"a. Bizləri hər iki komanda ilə xoş xatirələr bağlayır.

"Yanq Boys"la 2015-ci il Avropa Liqasının pley off mərhələsində qarşılaşmışıq. İlk oyun səfərdə 1-0 qələbə qazanan təmsilçimiz, evdə rəqibini darmadağın (3-0) edərək qrupa vəsiqə qazanmışdı.

Moldova təmsilçisi "Şerif"lə isə daha çox qarşılaşmışıq. Bu gün Avropada tarix yazan klub "Qarabağ"la görüşlərdə hər zaman çətinlik çəkib.

2017-ci il bu komanda ilə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində üz-üzə gəlmişik.

Bakıdakı görüş bərabərliklə (0-0) başa çatsa da, "Qarabağ" səfərdə çətinliklə qələbə (1-2) qazanaraq pley-offa yüksəlməyi bacarmışdı. Məhz elə həmin il ağdamlılar ölkə futbol tarixinin ən yüksək nəticəsini göstərərək Çempionlar Liqasının qrupuna vəsiqə qazanmışdı.

"Şerif" növbəti avrokubok mövsümündə də "Qarabağ" rəqib oldu. Tanış rəqiblər bu dəfə Avropa Liqasının pley-off mərhələsində qarşılaşdılar. Qurban Qurbanovun yetirmələri Tiraspolda 1-0 uduzduqları rəqibi Bakıda darmadağın (3-0) edərək qrupa vəsiqəni təmin etmiş oldu.

Gördüyünüz kimi hər iki rəqib də zamanında təmsilçimiz üçün qapazaltı rolunu oynayıb. Amma sən onların bir də bu gününə bax...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!