Azərbaycanın geriləməsinə səbəb oldu - Sloveniyalılar

14 İyul 2021 11:20 Araşdırma 794
Azərbaycanın geriləməsinə səbəb oldu - Sloveniyalılar

Azərbaycan UEFA reytinqində geriləyib.

Sportinfo.az xəbər verir ki, buna Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmalarının ilk oyun günü səbəb olub.

Sloveniyanın “Mura” klubu öz meydanında Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı qəbul edib. Meydan sahibləri görüşdə qələbə qazanıb - 5:0.

Bu, Sloveniyanın son 5 mövsümün nəticələrinə əsasən hesablanan UEFA reytinqini 13,000-a çatdırıb. Balkanlılar bunun sayəsində cədvəldə 2 pillə irəliləyib.

Sloveniya 12,875 xala malik Azərbaycanın da geriləməsinə səbəb olub. Ölkəmiz 28-ci pillədən 29-a enib. Balkanlılar əlavə göstəricilərdə eyni xalı olan Qazaxıstanı da keçərək 27-ci yerdə qərarlaşıb.

İlk matçda da 1:0 hesabı ilə qalib gələn “Mura” II təsnifat mərhələsinə yüksəlib.

Azərbaycan təmsilçisi “Neftçi” Tbilisi “Dinamo”su ilə ev oyununu bu gün keçirəcək və qələbə təqdirində mövqeyimiz qaytarılacaq.

Digər Xəbərlər
Xəbər Lenti