Məhkəmə klub prezidentinin şikayətini icraata götürmədi

12 Dekabr 2024 17:30 Araşdırma 894
Məhkəmə klub prezidentinin şikayətini icraata götürmədi

Məhkəmə “Sumqayıt” futbol klubunun prezidentinin jurnalistlərə qarşı ərizəsini icraata götürməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, vəkil Səbuhi Axundov lent.az-a açıqlamasında bildirib ki, Nərimanov Rayon Məhkəməsi Riad Rəfiyevin jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərova qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsini icraata götürməkdən imtina edib.

“Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərovu məhkəməyə verib. Klub rəsmisi media nümayəndələrinin onu təhqir etdiyini iddia etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 15:00 Kasıb olanda nə olar…