UEFA-nın prezidenti öz maaşını artırıb – Qurumun gəlirləri azalsa da

23 Aprel 2021 12:00 Araşdırma 1 065
UEFA-nın prezidenti öz maaşını artırıb – Qurumun gəlirləri azalsa da

UEFA prezidenti Aleksandr Çeferinin maaşı 2019/2020-ci illər mövsümün nəticələrinə görə 450 min avro artıb.

Sportinfo.az xəbər verir ki, vergiləri çıxmamaq şərtilə Çeferinin gəliri 2,19 mln avro təşkil edib.

Məlumata görə, UEFA prezidenti ildən ilə öz maaşını artırıb. O, vəzifəsinin icrasının birinci ilində 1,41 mln avro alıb.

Ceferin növbəti mövsümdə maaşını eyni səviyyədə saxlayıb, amma 2018/2019-ci illər mövsümündə gəlirini 1,74 mln avroya, sonrakı mövsümdə isə 2,19 mln avroya çatdırıb.

Ümumilikdə 2016-cı ildə vəzifəsinə təyin olunandan sonra UEFA prezidenti təxminən 6,76 mln avro qazanıb.

31 iyun 2020-ci ildə bitən maliyyə ilinin nəticələrinə görə UEFA-nın gəlirləri koronavirus pandemiyası səbəbindən 21 % azalıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı