Azərbaycanlıları qovaraq, monoetnik dövlətə çevrilən Ermənistan... - FOTO

28 Fevral 2021 02:52 Araşdırma 1 259
Azərbaycanlıları qovaraq, monoetnik dövlətə çevrilən Ermənistan... - FOTO

Ermənistanın mərhələli şəkildə monoetnik dövlətə çevrilməsini əks etdirən diaqram hazırlanıb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev tvitter hesabında paylaşım edib.

Diaqram 1897-2020-ci illər aralığını əhatə edir. Bildirilir ki, 1897-ci ildə Ermənistan əhalisinin 57 faizini etnik ermənilər təşkil edirdisə, 2020-ci ildə bu rəqəm 99 faiz olub. Beləcə, Ermənistan üç monoetnik dövlətdən birinə çevrilib.

Baş konsul qeyd edib ki, bu “uğur” ilk növbədə azərbaycanlıların mərhələli şəkildə qovulması ilə bağlıdır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar