27 il işğalda qalan Şuşadan yeni VİDEO+FOTOREPORTAJ

24 Yanvar 11:30 Araşdırma 1 011
27 il işğalda qalan Şuşadan yeni VİDEO+FOTOREPORTAJ

Qarabağ bölgəsində yerləşən tarixi abidələrimizdən biri də, Şahbulaq qalasıdır.

Bu qala 1751-1752-ci illərdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilib.

Qalanın adı yaxınlığındakı gursulu bulağın adından götürülüb. Şahbulaq qalası bir müddət Qarabağ xanlığının inzibati mərkəzi olub. Müdafiə tipli tikili olan qalanın coğrafi mövqeyi əlçatmaz və ağaclarla bağlı olan bir ərazi idi.

Qala sıldırım qayalarla hərtərəfli örtülmüşdü, təhlükəsiz yer idi. Lakin bir müddət sonra yaxınları Pənahəli xana daha təhlükəsiz yerdə yeni qalanın inşasını məsləhət görürlər.

Beləliklə Şuşa qalasının inşasına qərar verilir. Yeni qalanın tikintisində Şahbulaq qalasının memarlığından istifadə olunub. Mərkəz Şuşa qalasına köçürüldükdən sonra Şahbulaq qalası xanlığın yay iqamətgahına çevrilir.

Sportinfo.az xəbər verir ki, "qafqazinfo"nun əməkdaşları Şahbulaq qalasında olub, qalanın hazırkı durumunu lentə alıb.

Məlumat üçün bildirək ki, Şahbulaq qalası Ağdərəyə gedən yolun üstündə, sol tərəfdə yerləşir. Yolun davamında isə Ağdamın Qızılı Kəngərli, Boyəhmədli və Papravənd kimi kəndləri var. Memarlıq abidəsi 1990-cı illərə - Qarabağ müharibəsinə qədər yaxşı mühafizə edilib saxlanmışdı. SSRİ dövründə Ağdama gələn bütün əcnəbi qonaqlar mütləq bu abidəni ziyarət edirdilər. Lakin 1993-cü il iyulun 23-dən Ermənistanın işğalı altına düşən abidə vandal erməni əsgərləri tərəfindən nişangah kimi istifadə olunub, ağır artilleriya və tank atəşlərinə məruz qalıb. Nəticədə abidənin mühafizə divarlarına ciddi zərər dəyib.

Şahbulaq qalasının memarlıq quruluşu ermənilər tərəfindən dəyişdirilib. 2016-cı ildə abidənin giriş qapısının önünə sağ və sol tərəfi oval xarakterli tikinti quraşdırılıb. Bu isə abidənin keçən əsrin əvvəllərində çəkilən layihə-smeta sənədlərində öz əksini tapmır. 2017-ci ildə bu abidə Ermənistanın Qarabağda keçirdiyi hərbi manevrlər zamanı yenidən atəş altına düşüb və abidəyə edilən əlavənin sol küncü uçurdulub. Abidənin divarları üzərindən ornamental oymalar və yazılar silinib, mühafizə divarlarının bayır hissəsi, eləcə də daxili interyerləri sökülərək mişar daşları ilə əvəz olunub.

Erməni saxtakarlığı təkcə bununla bitmir. Belə ki, Ağdam işğal edildikdən sonra ermənilər digər ərazilərimizdə olduğu kimi, burada da qondarma tarix iddialarını irəli sürüblər. Nəticədə 2006-cı ildə Şahbulaq qalası ətrafında qanunsuz genişmiqyaslı qazıntılar aparılıb. Erməni alimləri iddia ediblər ki, guya dırnaqarası qədim erməni dövlətinin paytaxtlarından biri olan “Tiqranakert” elə Şahbulaq yaylağında imiş... Əsas girişdən içəri daxil olanda həyətin ortasında hovuz, skamyalar və ağaclar var.

Ermənilər ikinci Qarabağ müharibəsi zamanı muzeyi talan edərək Şahbulaq ərazisində aparılan qazıntılar zamanı aşkar olunan materialları Ermənistana daşıyıblar. Hazırda muzey ərazisi tamamilə boşdur. Muzey otaqlarında erməni dilində yazılmış qondarma tarixlə bağlı lövhələrə də rast gəlmək mümkündür. Təbii ki, bu qondarma tarixin heç bir əsası yoxdur. Reallıq və həqiqi tarix ondan ibarətdir ki, hazırda Şahbulaq qalasında üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır...

Emin Səfərov

Fotolar, video: Pərvin Zeynal










Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 17:20 "Sabah" - "Keşlə": CANLI
25 Fevral 13:20 AFFA qiyməti endirdi