"Təəccüblənmədim"

17 May 2020 20:00 Almaniya 500
"Təəccüblənmədim"

“Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Haaland bundesliqanın dünən bərpa olunan 26-cı turunun matçında qol vurmaqda davam edib.

Sportinfo.az xəbər verir ki, norveçli ulduz “Şalke”yə qalib gəldikləri oyunda (4:0) komandasının ilk qolunun müəllifi olub.

Bununla da o, hazırkı çempionatda qol sayını 10-na çatdırıb. Oyundan sonra Bundesliqanın saytına açıqlama verən 19 yaşlı futbolçu deyib:

“Təbii olaraq, əvvəlki formamda deyiləm. Həftələrdir oyun keçirmədim. Amma bu müddətdə fəal şəkildə məşq etmişəm. Ona görə də qol vurduğuma təəccüblənmədim”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!