
Bundesliqa rəhbərliyi çempionat bərpa olunacağı təqdirdə, futbolçulara qadağa tətbiq etməyi planlaşdırır.
Sportinfo.az xəbər verir ki, Bundesliqada futbolçuları ciddi karantin altında saxlamağı düşünmürlər.
Çempionat bərpa olunarsa, futbolçular ya evlərində, ya da otellərdə qala bilərlər.
Amma onlara həyat yoldaşları, sevgililəri ilə öpüşmək və sekslə məşğul olmaq qadağan ediləcək. Bu da futbolçuların koronavirusa yoluxmasının qarşısını alımaq üçün nəzərdə tutulur.
Bundesliqanın oyunlarında stadionda 300 nəfərdən artıq adam olmayacaq. Təmas, maksimum dərəcədə minimallaşdırılacaq.