Sezon bərpa edilir - Bu da yeni qaydalar

24 Aprel 01:38 Almaniya 456
Sezon bərpa edilir - Bu da yeni qaydalar

Koronavirusa görə dayandırılan Almaniya futbol liqaları bərpa edilə bilər.

Sportinfo.az xəbər verir ki, çempionat oyunları üçün yeni qaydalar tətbiq ediləcək. Liqaların mayda bərpa ediləcəyi gözlənilir.

Oyunlarda tətbiq ediləcək qaydalar:

- Paltardəyişmə otağında futbolçular kiçik qruplarda olacaq. Futbolçular oyundan sonra duş almaq üçün evlərinə yollanmalıdır;

- Meydana maskot və uşaqlar çıxmayacaq;

- Futbolçular oyundan öncə salamlaşmayacaq;

- Oyundan öncə kollektiv foto çəkilməyəcək;

- Oyun günü stadiona ümumilikdə 126 insanın girişinə icazə veriləcək. Hər komandadan 8 işçi, 4 topdaşıyan olacaq və 300 mühafizəçinin sayı 30-a endiriləcək. Hər klubdan 8-10 rəsmi nümayəndə oyuna gələr.

- Fotoqrafların meydandakı yerləri dəyişdiriləcək və çıxış tunelinin arxasında yerlərşdiriləcəklər.

Xəbər Lenti
30 May 13:26 Holanda göz dəydi?